Xəbər lenti
Reklam
Məşhur otel karantin qaydalarını pozdu - 100 nəfərlik tədbir

Karantin rejimində kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, Bakıda təxminən 100 nəfərlik təltifetmə mərasimi baş tutub.
 
Səbail rayonunda yerləşən "Park İnn” hotelində "Avand Production”ın rəhbəri Ayaz Məmmədovun təşkilatçılığı ilə stilist, kosmetoloq, vizajist, müğənni, həkim və sair peşənin nümayəndələri "Türkiyə Zirvə Ödülləri” mükafatları ilə təltif olunublar.
 
Tədbir zamanı səhnəyə dəvət olunan şəxslərin və zalda əyləşən bir neçə şəxsin maskadan istifadə etməməsi diqqət çəkib. Qeyd edək ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimində kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. \\Sfera.az



 
  
Tarix: 04 mart 2021
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş