Xəbər lenti
Reklam
Xocalı soyqırımı – iyirminci əsrin ən dəhşətli hərbi cinayətlərindən biri


DasmanNews, Küveyt
26.02.2021

1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı Sovet motoatıcı alayının 180 hərbçisinin və ağır texnikalarının dəstəyilə Azərbaycan Respublikasının Xocalı şəhərində mülki əhaliyə qarşı soyqırım törədibTəxminən 7 min əhalinin yaşadığı şəhərdə bir gecədə 613 mülki şəxs vəhşicəsinə qətlə yetirilib, minədək insan yaralanıb.

Xocalıda qətlə yetirilmiş şəxslərin 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirib. Bu faciəli gecədə 1275 mülki şəxs girov götürülüb. Onlardan 150-nin taleyi hələ də məlum deyil.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı qıtliamını soyqırım kimi tanımış ilk beynəlxalq təşkilatdır. 2008-ci il mayın 8-də İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına start verilib. 2009-cu ilin fevralında “Xocalıya ədalət” təbliğat-təşviqat beynəlxalq kampaniyası başladılıb. Kampaniya hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Burada məqsəd dünya birliyini Xocalı qətliamı haqda məlumatlandırmaq, ona beynəlxalq hüquqi və siyasi qiymətin verilməsinə nail olmaq, bu qanlı faciənin qurbanlarının xatirəsini yad etməkdir.

Bu gün Xocalı soyqırımını dünyanın 10-dan çox dövləti (Türkiyə, Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya, Cibuti) hökümət və parlamentlər səviyyəsində, o cümlədən ABŞ-ın 20-dən çox ştatı tanıyıb. Xocalı qurbanlarının xatirəsini anmaq üçün Azərbaycan, Türkiyə, Niderland, Almaniya, Bosniya və Herseqovina və Meksikanın müxtəlif şəhərlərində abidələr ucaldılıb.
Azərbaycan Respublikası dost Küveyt də daxil olmaqla, bütün İslam ölkələrinə Xocalı soyqırımını tanıyan qətnamələrin qəbulunda, onun qınanmasında davamlı dəstəyinə görə minnətdardır.

2011-ci ildə Dünya Ticarət Təşkilatının Parlament İttifaqı, 2012-ci ildə isə təşkilatın Xarici İşlər Nazirləri Şurası “Soyqırımla bağlı İllik Bəyanatlar və Qərarlar” qəbul edib.

2013-cü il fevralın 6-7-də Misir Ərəb Respublikasının paytaxtı Qahirədə dövlət və hökumət başçılarının iştirakı ilə keçirilmiş İƏT-in XII Sammitində Xocalı faciəsi soyqırımı və insanlığa qarşı vəhşi cinayət kimi qəbul olunub. Hər il İslam Əməkdaşlıq Təşkilatının Baş katibi bu faciə ilə bağlı çıxış edir.
Xocalı mövzusunda ICESCO ilə də əməkdaşlıq edilir. İƏT-in qətnamlərində üzv dövlətləri faciəyə siyasi qiymət verməyə, onu törədənlərin beynəlxalq məhkəmələr qarşısında mühakimə olunmasına çağırış yer alır.

Hadisənin törədildiyi vaxt bu, bir sıra beynəlxalq KİV tərəfindən də işıqlandırılmışdı. Onların bəzilərindən iqtibasları nəzərinizə çatdırırıq:
“Krua l’Eveneman” (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalı şəhərinə hücum edib. Bütün dünya cəsədlərin necə eybəcər hala salındığına şahiddir. Azərbaycanlılar minlərlə şəxsin öldürüldüyünü bildirirlər”.

“Sunday Times” (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəyə qarşı qətliam törədib”.
“Financial Times” (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama üz tutmuş bir qrup onsanı güllələyib. Azərbaycanlılar burada təxminən 1200 cəsəd sayıb. Livanlı fotoqraf ölkəsində daşnaklardan olan varlı şəxslərin Qarabağa silah və insanlar göndərdiyini təsdiqləyir”.
“The Times” (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınıb. Körpənin yalnız başı qalıb”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Kamera qulaqları kəsilmiş uşaqları göstərir. Bir qadının üzü yarı bölünüb. Kişilərin başlarının dərisi soyulub”.
“Financial Times” (London), 14 mart 1992-ci il: “General Polyakov bildirib ki, 366-cı alayın 103 erməni əsgəri Dağlıq Qarabağda qalıb”.
“Le Monde” (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda baş dərisi və dırnaqları çıxarılmış üç uşaq cəsədi görüblər. Bu, həqiqətdir”.
“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravitz: “Şəxsən mən təpədə yüzə yaxın cəsəd görmüşəm. Bir oğlanın başı yox idi. Hər tərəfə xüsusi amansızlıqla öldürülmüş qadın, uşaq və qocaların cəsədləri səpələnmişdi”.
“Valier Actual Magazine” (Paris), 14 mart 1992-ci il: “Bu “muxtar bölgə”də erməni silahlı qrupları Orta Şərqdəki kimi, helikopterlər də daxil olmaqla, müasir silahlara malikdirlər. ASALA Suriya və Livanda hərbi düşərgələrə və silah anbarlarına sahibdir. Ermənilər yüzlərlə müsəlman kəndində qətliamlar törədib, Qarabağda azərbaycanlıları məhv edib”.
“One minute news” TV (Britaniya): müxbir R.Patrikin lentə aldığı kadrları nümayiş etdirir və deyir: “Beynəlxalq ictimaiyyət qarşısında Xocalıdakı vəhşiliklərə bəraət qazandıra bilməzlər”.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev yaşananların lentə alınmasında böyük rol oynayıb.
Beləliklə, müasir tariximizin ən dəhşətli cinayətlərindən olan Xocalı qətliamını iyirminci əsrdə baş vermis Holokost, Babi Yar, Xatın və s. hadisələrlə müqayisə etmək olar. Beynəlxalq hüquq Xocalıda baş verənləri birmənalı olaraq, insanlığa qarşı ən ağır cinayətlərdən biri sayır.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından sonra da yüzlərlə mülki azərbaycanlı qətlə yetirilib. 2017-ci ilədək olan statistikaya görə, atəşkəsdən sonra 34 uşaq erməni terrorunun qurbanı olub.

Bu da son deyil. Tərəflər arasında 2020-ci il 27 sentyabrda başlayıb 10 noyabrda sona çatmış, Azərbaycanın qələbəsi ilə yekunlaşmış müharibə zamanı da erməni tərəfi xəstəxanaları, evləri, müəssisələri və məktəbləri bombalayıb. Bu, yenə də mülki əhalinin kütləvi təxliyyəsinə səbəb olub. Azərbaycan Respublikası Prokurorluğunun məlumatına görə, həmin raket zərbələri nəticəsində 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev və 100 yaşayış binası dağılıb.
“Human Rights Watch” təşkilatının 2020-ci il dekabrın 11-də yaydığı hesabatda bildirilir ki, bu müharibə zamanı Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər şəhərləri Ermənistan ordusu tərəfindən ağır artilleriya hücumlarına məruz qalıb. Üstəlik, onlar mülki şəxslərə qarşı qadağan olunmuş ballistik raketlərdən və ağır toplardan da istifadə edib. 10-dan çox belə fakt vizual şəkildə sənədləşdirilib.
Halbuki, mülki əhaliyə hücum, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına tam ziddir və bu konvensiyanı Ermənistan da imzalayıb. Bu sənəd müharibələr zamanı mülki binaların və mülki əhalinin hədəfə alınmasını qadağan edir, bu müddəaların pozulması isə hərbi cinayət sayılır.

Bu gün Xocalıdan olan məcburi köçkünlər hələ də vətənlərinə qayıdacaqları anı gözləyirlər. Amma artıq o gün uzaqda deyil. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam etmiş müharibə qazanılmış böyük qələbə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə nəticələnib.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə:DasmanNews
Tarix: 26 fevral 2021
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş