Xəbər lenti
Reklam
Britaniyalı general Türkiyəyə qarşı qurulan ŞOK PLANI ifşa etdi - Ölkədən qovuldu

Böyük Britaniya ordusunda xidmət edən general Aleks Maçintoş qərbin Liviya ilə bağlı planını ifşa etdiyinə görə ölkədən qovulub.
Metbuat.az “Times” qəzetinə istinadən xəbər verir ki, o, Xəlifə Haftara dəstək vermək üçün hazırlanan planı üzə çıxarıb. Plan Haftara silah satışından, Haftara qarşı olan liderlərin girov götürülməsindən və Liviya hökumətini devirməkdən ibarət olub. Britaniyalı general İordaniyada xidmət edərkən, məşhur iş adamlarından birinin vasitəsilə plandan xəbər tutaraq ifşa edib. Dolayısıyla britaniyalı general addımı ilə Türkiyəyə yardım edib. Çünki, Haftarla mübarizədə ağır məğlubiyyətlər alan hökumət qüvvələri, Türkiyənin fəal hərbi dəstəyi nəticəsində xilas olub. Komandanlıq məsələdən xəbər tutandan sonra Aleks isə İordaniyadan qovulub.
Qeyd edək ki, hadisə bir müddət əvvəl baş versə də, indi mətbuata sızıb.
Tarix: 24 fevral 2021
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş