Redaktor seçimi
    Nikol Bakıdan icazəsiz Qarabağa gedə bilməz – Sərkisyan
Xəbər lenti
Reklam
Qarabağda cinayətkar nasistə heykəl qoyulub, rus kilsələri isə dağıdılıb

Moskovskiy komsomolets, Rusiya
09.02.2021

MüəllifFuad Axundov
Riyakarlıq – bu“Qarabağınrusicmasınınbaşçısımüharibədənsonrakıhəyatdandanışıb”başlıqlıməqaləyəveriləbiləcəkəndəqiqqiymətdirHeçkiməsirrdeyilkibeləgörüşlərbutipməqalələradətənözmaraqlarınıyürütməkməqsədigüdən“yerlihakimiyyətlər”tərəfindəntəşkilolunur.
Cinayətlərigizlətməkmümkünolmayacaq

Elə “Moskovskiy Komsomolets”in (MK) həmsöhbəti, özünü “Dağlıq Qarabağın rus icmasının rəhbəri” kimi qələmə verən Qalina Somova da nüfuzlu Moskva nəşrinə məhz özlərinə sərf edəni deyir. Bu zaman onu, dediklərinin reallığa uyğun gəlib-gəlmədiyi maraqlandırmır.

Yerli rusların pravoslav kilsəsinin olmadığını vurğulayan Q.Somova deyir: “Yeri gəlmişkən, burada bizim üçün rus kilsəsi açılmalı idi, lakin hələlik bu arzumuz həyata keçməyib. Halbuki, 2010-cu ildə kilsənin tikiləcəyi yerdə təməl qoyulmuş, xaç ucaldılmışdı. Hələlik ümid yalnız Rusiya sülhməramlı qüvvələrinin keşişi Boris atayadır”.

Xatırladaq ki, bu yaxınlarda Qarabağdakı Xocavənd şəhərində erməni nasist, Hitlerin əlaltısı olmuş Qaregin Njdeyə heykəl qoyulub. Bu həmin Njdedir ki, Holokost qurbanlarından talanmış qız-zinət əşyalarını satmaqda Hitlerin adamlarına kömək edirdi. Fürerə xidmət etdiyinə görə Sovet məhkəməsi ona 25 illik həbs cəzası da vermişdi. İndi isə bu adamın heykəlləri ucaldılır. Amma Hitlerə qulluq etdiyinə görə yox, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyinə görə. Yeri gəlmişkən, müasir Ermənistan da onun siyasətini davam etdirir.

Nə qədər xoş olmasa da deməliyik ki, bir neçə il əvvəl hətta rusiyalı “ulduzlar”ın iştirakı ilə Njde haqqında bərli-bəzəkli bioqrafik film də çəkilib. Əlbəttə ki, filmdə onun Hitlerə xidmət etməsi barədə bir kəlmə də yoxdur. Əvəzində, çox ibrətamiz bir epizod var. Njdeyə Zəngəzurda neçə “türk kəndi”nin qaldığını məruzə edirlər və cavabında o, deyir: “Biz o kəndləri azad edəcəyik!”. Məsələ ondadır ki, o, bu kəndləri yerli dinc əhalidən “azad etmək” istəyirdi. Sonra isə müasir Ermənistan Dağlıq Qarabağın ətrafında yerləşən və ümumiyyətlə erməni əhalinin yaşamadığı Azərbaycan rayonlarını işğal edir, ardından o torpaqları “azad edilmiş” ərazilər adlandırır.

Sevindirici haldır ki, artıq Ermənistanın özündə belə, politoloqlar sual edir: biz bu torpaqları kimdən azad etmişik?
Sanki bu kəndlər düşmən tərəfindən zəbt edilibmiş və xilaskar-qəhrəman Njde onları azad etməyə çalışırmış. Əslində isə söhbət dinc Azərbaycan kəndlərindən gedirdi. Bu yerlərin sakinlərinin yeganə “günah”ı erməni doğulmamaları idi. Njde məhz onların torpaqlarında özləri üçün “Dağlıq Ermənistan” yaratmaq fikrinə düşmüşdü.

Bu gün həmin hərbi cinayətkarın abidəsi Yerevanın düz mərkəzində yer alır. Rusiyada da onun adına xatirə lövhəsi quraşdırmaq istəyirdilər, lakin yerli hökuməti buna imkan verməyib.

Maraqlıdır ki, bu iyrənc heykəllərə vəsait tapılır, pravoslav məbədinə isə yox. Şuşada “Qarabağ parlamenti”nin binasının inşası üçün də pul var imiş, amma pravoslav kilsəsinin tikintisi üçün yox.
Bir məqamı da xatırladaq. Erməni işğalına qədər Dağlıq Qarabağda pravoslav kilsələri olub. Erməni işğalı zamanı onların başına nə gəldiyi çox maraqlıdır.

Qarabağın tarixi paytaxtı Şuşada hələ XIX əsrdə Müqəddəs İoan rus pravoslav kilsəsi tikilmişdi. Nə qədər ki, Şuşada onun yerli əhalisi olan azərbaycanlılar yaşayırdı, bu kilsə mövcud idi. Bu, həm Rusiya imperiyası dövründə, həm müstəqil Azərbaycan Xalq Cümhuriyyəti, həm Sovet Azərbaycanının vaxtında belə olub. Kilsə Azərbaycanın 1991-1992-ci illərdə dövlət müstəqilliyini elan etməsindən sonra da qalmaqda idi. Şuşa şəhəri işğal olunanadək...

Bəs yeni “sahib”ləri kilsə ilə necə davranıb? Günbəz sökülüb, məbəd erməni üslubunda yenidən qurulub və kilsə erməni kilsəsi elan olunub. Amma Somova bu haqda heç nə demir. O, yalnız Şuşa və Hadrutdakı rus qəbiristanlıqlarının aqibətindən narahatlığını ifadə edir.
Xanım Somovanı əmin etmək istərdik ki, Azərbaycan sivil ölkədir. Biz tarixi abidələrlə, xüsusilə də məzarlarla “müharibə etmək” fikrində deyilik. O ki qaldı erməni qəbirlərilə bağlı insidentə, bir daha xatırladırıq ki, Azərbaycan prokurorluğu bununla bağlı araşdırmalara başlayıb, həmin kadrlardakı hərbçilər həbs edilib. Maraqlıdır, Ermənistanda belə bir presedent varmı? Ermənistan vətəndaşarından kimsə hərbi cinayətə, dağıdılmış və talan edilmiş muzeylərə görə, sözün hərfi mənasında donuz tövləsinə çevrilmiş məscidlərə görə cəza alıbmı?

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Tarix: 09 fevral 2021
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]