Xəbər lenti
Reklam
Əliyevlə Paşinyan rusiyalı həkimlərin müayinəsindən keçib – Putinlə görüş öncəsi yoxlanış
                                         Rusiya Prezidenti Vladimir Putinlə görüşməzdən əvvəl rusiyalı həkimlər Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevi müayinə ediblər.

Gender.az xəbər verir ki, bu barədə yanvarın 12-də, yəni bu gün Rusiya liderinin mətbuat katibi Dmitri Peskova istinadən “Kommersant” qəzeti yazıb.


Məqalə müəllifi qeyd edir ki,  Peskov rusiyalı həkim qruplarının İrəvana və Bakıya niyə yollandığına aydınlıq gətirməyib, amma “bunun səbəbini təxmin etmək çətin deyil”. 


“Rusiyalı mütəxəssislər erməni və azərbaycanlı həmkarlarının peşəkarlığına  və koronavirusun RNT və antikorlarını aşkarlamaq üçün apardıqları testlərin nəticələrinə etibar edə bilməzdilər”, -deyə  Andrey Kolesnikov yazır.


Paşinyan və Əliyev Qarabağda tam atəşkəs barədə razılaşma əldə edildikdən sonra bölgədəki vəziyyəti müzakirə etmək üçün yanvarın 11-də səhər Moskvaya səfər ediblər.

(mənbə: lenta.ru)
Tarix: 12 yanvar 2021
Baxış: 115

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]