Xəbər lenti
Reklam
Müharibədən sonra bu şəxslər HƏBS EDİLƏCƏK - BUNU ETMƏYİN!
                                
“Müdafiə  Nazirinin əmrinə əsasən hərbi xidmətdə smartfonların işlədilməsi qadağan olunub. Həmin qadağaları pozanlar kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq sərt şəkildə cəzalandırılmalıdır”.

Gender.az xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov cəbhə xəttindən müəyyən şəxslər tərəfindən video və fotoların yayılması ilə bağlı danışarkən deyib. O bildirib ki, xüsusilə döyüş aparılan ərazilərdə smartfon tipli telefonlar olması, onlarla hər hansı video və fotonun çəkilib paylaşılması düşmənə kömək rolunu oynayır:
“Düşmənin həmin foto ya videodan istifadə edərək, zabitlərimizin yerini təsbit edib, həmin nöqtələrə artileriya zərbələri endirir. Müharibə vəziyyətində belə özbaşnalıq olmaz. Demək olar ki, müharibənin son mərhələsindəyik və belə məsuliyyətsiz davranışlar bizə çox böyük problemlər yaradır. Necə ki, əvvəlki illərdə biz bunun şahidi olmuşuq. Hesab edirəm ki, bunu edənlər araşdırılmalıdır. Hazırda komandirlərin döyüşlərə başı qarışdığı üçün bəzi məsuliyyətsiz şəxslər bundan müəyyən qədər istifadə edir. Amma döyüş əməliyyatları bitdikdən sonra həmin şəxslər barəsində mütləq tədbir görüləcək”. 
Tarix: 23 oktyabr 2020
Baxış: 225

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş