Xəbər lenti
Reklam
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Gender.Az
xəbər verir ki, danışıqlar barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
“Prezident ikitərəfli görüş keçirəcək - Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq. Rusiya burada aktiv müsbət rol oynayır”, - Uşakov bildirib.
Uşakov vurğulayıb ki, Cənubi Qafqazda nizamlanma Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının prinsiplərinə əsaslanır.
Tarix: 07 oktyabr 2024
Baxış: 48

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş