Xəbər lenti
Reklam
Koronavirus peyvəndi vurulan gün bunu etmək olmaz – Rusiyalı həkim
                                                                          
Rusiyalı həkim peyvənd edildiyi gün spirtli içki qəbul etməyin yolverilməz olduğunu açıqlayıb.

Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, koronavirus infeksiyası əleyhinə peyvənd edilən gün spirtli içki qəbul edilməməlidir, çünki peyvəndin təsiri ilə immunitet zəifləyə bilər.


Bunu Rusiya Səhiyyə Nazirliyinin narkologiya üzrə mütəxəssisi Yevgeni Bryun bildirib.


“Düşünürəm ki, istənilən dərman vasitəsi, o cümlədən peyvənd (koronavirus əleyhinə) alkoqolla uyuşmur, çünki hər şeydən əvvəl toksik təsir göstərir, immuniteti zəiflədir və peyvəndin təsirini zəiflədir”,- deyə,mütəxəssis söyləyib.
Çərşənbə axşamı Rusiyanın Səhiyyə Nazirliyi yeni koronavirus infeksiyasıyasının (COVID-19) profilaktikası üçün dünyada ilk peyvənd qeydiyyata alınıb.
Sözügedən peyvənd Gamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi Rusiya birbaşa İnvestisiya Fondu ilə birlikdə hazırlayıb.
Dərman vasitələrinin dövlət reyestrinin gösrtəricilərinə görə, peyvənd 2021-ci ilin 1 yanvarında mülki dövriyyəyə buraxılacaq. Onu 1957-ci ildə kosmosa buraxılan ilk süni Yer peykinin adına uyğun olaraq, “Sputnik V” adlandırıblar.
Tarix: 12 avqust 2020
Baxış: 168

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş