Xəbər lenti
Reklam
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə GÖRÜŞDÜ
11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Gender.az-a verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə etdi və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə etdilər.
İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edildi.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulandı.
Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirildi.
Tarix: 11 avqust 2020
Baxış: 136

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş