Xəbər lenti
Reklam
Beyrut dəhşətli partlayışlardan sonra bu hala düşdü – FOTOLAR
                                                                            
Dünən Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib, nəticədə 78 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.

Gender.az xəbər verir ki, şəhərin bir neçə məhəlləsi tamamilə dağıdılıb. Səlahiyyətlilərə görə, təhlükəsizlik tədbirlərinə riayət etmədən uzun müddət limanda saxlanılan böyük bir ammonium nitrat partlayıb.

Partlayışın çox sayda şahidi sosial mediada liman üzərindəki tüstünü əks etdirən görüntüləri paylaşıb.

Partlayış dalğası limandan bir neçə kilometr aralıda yerləşən binaları məhv edib, avtomobillərə ziyan vurub.

İnsanların binaların dağıntıları altında qalması nəticəsində qurbanların sayının arta biləcəyi deyilir.
                       



 

Tarix: 05 avqust 2020
Baxış: 159

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş