Xəbər lenti
Reklam
Erməni bloger: Azərbaycandan üzr istəyin!

Türkiyədə yaşayan erməni bloger İşxan Verdiyan İrəvanda Azərbaycan bayrağının yandırılmasına görə Ermənistan hökumətini üzr istəməyə çağırıb.
Gender.az  xəbər verir ki, bloger bu barədə sosial şəbəkə hesabında yazıb.
“Məsul dövlət qurumları dünən baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəməyənə qədər bütün dünya, eləcə də mən belə qəbul edəcəyik ki, bu təxribatı hökumət özü törədib”, – deyə İşxan Verdiyan bildirib.
Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.


Modern.az

Tarix: 15 aprel 2023
Baxış: 827

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş