Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Bakıda insident! - Şeyxin bacısı oğlu vuruldu? - Paşazadə aydınlıq gətirdi!

Bakı Dövlət Sirkinin yanında baş verən atışma hadisəsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.
"Sherg.az"a daxil olan məlumatda iddia olunur ki, atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacsı oğludur. Qətlin sifarişçisi kimi krimnal avtoritet Nicat Lənkəranlı olduğu söylənilir. O, "brilyant" ləqəbiylə tanınır. İddiaya görə, Türkiyədə yaşayır.
Nicat Lənkəranskinin bioqrafiyası: Rövşən Lənkəraniskidən sonra cənub zonasında çox sürətlə məşhurlaşan Nicat Lənkəran şəhərində anadan olub. Onun doğum tarixi barəsində dəqiq məlumat olmasa da, dövri mətbuatda haqqında gedən məlumatlardan bəlli olur ki, Nicat Lənkəranski Rövşən Caniyevin adamlarından biri olub. Rövşən Lənkəranksinin vəfatından sonra Lotu Qulinin tərəfinə keçdiyi iddia edilən Nicat Lənkəranski bölgədə “Talış Nicat” və “Boksyor Nicat” kimi ad qazanıb. Onun boks üzrə ölkə çempionu olduğu da bildirilir. Mərhum Rövşən Lənkəraniskinin ən sadiq adamlarından olan və sağlığında daha çox güvəndiyi Nicat Lənkəraniskiyə hazırda “oğru dünyasında” böyük rəğbət bəslənilir.

Bakıda insident! - Şeyxin bacısı oğlu vuruldu? - Paşazadə aydınlıq gətirdi!


Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.



QMİ sədrinin qardaşı, millət vəkili Cavanşir Paşazadə ilə əlaqə saxladıq. O açıqlamasında bildirdi:
"Bacım oğlanlarından heç biri silahlı insident zamanı orda olmayıb. Bu xəbər əsassızdır".

Tarix: 10 mart 2023
Baxış: 234

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş