Xəbər lenti
Reklam
Kürdəmirdə ağır yol qəzası: yaralılar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində hərəkət edən iki eyni markalı VAZ 2107 markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 3 nəfər Çöhranlı kənd sakini - sürücü 1951-ci il təvəllüdlü Alim Ağaveyis oğlu Hacıyev, onun sərnişinləri 20 yaşlı Rəşidə Rayiq qızı Rəcəbova və 18 yaşlı Süleyman Ramiq oğlu Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıablar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır. \\Axar

Tarix: 24 sentyabr 2022
Baxış: 363

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş