Xəbər lenti
Reklam
Aeroportda kran aşdı - Ölən və yaralanan var - YENİLƏNİB

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında baş vermiş hadisə nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib.
Gender.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxs paytaxt sakini Prokofyev İqor Vladimiroviç, xəsarət alan şəxs isə Nuriyev Zaur Tofiq oğludur.
***
Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb, ölən və yaralanan var.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə,Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.
Rəsmi məlumata görə, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
"Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb", - məlumatda qeyd edilib.

Tarix: 22 sentyabr 2022
Baxış: 437

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş