Xəbər lenti
Reklam
"Azov"dan xüsusi əməliyyat - Rusiya ilə sərhəddə dəmir yolu körpüsünü PARTLATDILAR - VİDEO

Ukrayna hərbçiləri Rusiya Federasiyası ilə sərhəddə dəmir yolu körpüsünü partladıblar. Rusiya hakimiyyəti bu körpüdən şəxsi məqsədləri üçün istifadə etməyi planlaşdırırdı.
Bu barədə Milli Korpus partiyasının rəhbəri Andrey Biletski öz teleqram kanalında məlumat verib.
Qeyd olunur ki, Rusiya Federasiyası ilə sərhəddə yerləşən dəmir yolu körpüsü kəşfiyyatçılar və “Azov” batalyonunun üzvləri tərəfindən partladılıb. Biletski qeyd edib ki, Rusiya hakimiyyəti işğalçılara döyüş sursatı və ləvazimat verməyi planlaşdırıb.
"Baş Kəşfiyyat İdarəsi və "Azov" qoşunları Rusiya sərhədləri yaxınlığında birgə xüsusi əməliyyat keçirib. Onlar işğalçıların döyüş sursatı və ləvazimat gətirməyi planlaşdırdıqları dəmir yolu körpüsünü partladıblar", - məlumatda deyilir.
 

  
Redaktor.az

Tarix: 19 mart 2022
Baxış: 258

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş