Redaktor seçimi
    "Ermənistan hakimiyyəti Akdağ dağını Azərbaycanın tam nəzarətinə vermək niyyətindədir" - FOTO
Xəbər lenti
Reklam
Ermənistanda Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisi SAXLANILDI

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin Aviasiya İdarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb.
O, yararsız vəziyyətə düşmüş və istifadə müddəti başa çatmış raketləri təchiz etməkdə ittiham olunur. MTX-nin məlumatından məlum olur ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri Müdafiə Nazirliyinə köçürmək məqsədilə aşağ qiymətə 1985-1991-ci illərdə istehsal olunan raketlər alıb.
İstifadə müddəti bitdiyinə görə sursat qəbul edilməsə də, Müdafiə Nazirliyində saxlanılıb. Aviasiya idarəsinin rəisi bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsilə bu raketləri bazar qiymətindən baha qiymətə - 1 100 ABŞ dollarına hərbi şöbəyə satıb.
Ordunun zəruri ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi bu raketlər üçün 5,6 milyon ABŞ dolları məbləğində müqavilə imzalayaraq ərizə təqdim edib.
Cinayətdə iştirak edən şəxslərin bütün dairəsinin müəyyən edilməsi və dəymiş ziyanın bərpası üçün əməliyyat-istintaq tədbirləri həyata keçirilir. \\Manşet.az

Tarix: 25 sentyabr 2021
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]