Xəbər lenti
Reklam
Məşhur aparıcının maşınını ustadan qaçırdılar - FOTO

Bakıda şok anlar: Məşhur aparıcının maşınını ustadan qaçırdılar...
Tanınmış jurnalist  və  aparıcı  Amil  Xəlilin  başına  iş  gəlib.
Gender.az Oxu24.com-a istinadla  xəbər  verir  ki,  aparıcı  Bazar ertəsi Z.Bünyadov prospekti  ilə  hərəkət  edən  zaman  "Lada" markalı  avtomobil  sürətlə  gələrək  onun  idarə  etdiyi  avtomobilə  dəyib.Qəzaya  səbəb  olan  avtomobilin  sürücüsü  aparıcıdan  sığorta  çağırmamağı  xahiş  edib  və  avtomobili  elə  maşında  olan  ustanın  təmir  edəcəyini  bildirib. Hər şey  də  bundan   sonra  başlayıb. Həmin  şəxslər  avtomobili  təmir  adı  ilə  apararaq  onu  3-4  gün  öz  işləri  üçün  sürməyə  başlayıb. Aparıcı  bundan  xəbər tutduqdan  sonra  polisə  müraciət  edib.İş hazırda Abşeron Rayon Polis İdarəsindədir.
Hadisə  ilə  aparıcının  paylaşdığı  statusu  olduğu  kimi  təqdim  edirik:
 


Tarix: 27 yanvar 2021
Baxış: 334

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş