Xəbər lenti
Reklam
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü - FOTO

İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.
 
22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.
 
O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra T.Pənahlının dəm qazından boğularaq öldüyü məlum olub.
 
T.Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı imiş. O, Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.
 
T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib. (Qafqazinfo)
 
 


 
Tarix: 18 yanvar 2021
Baxış: 390

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş