Xəbər lenti
Reklam
Azərbaycanın ən kriminal rayonları — SİYAHI

Azərbaycanda hansı bölgələrdə insanlar özlərini daha rahat və təhlükəsiz hiss edirlər?

Dövlət Statistika İdarəsinin təqdim etdiyi hesabatda bildirilir ki, il ərzində Azərbaycanda 26672 cinayət hadisəsi baş verib.

Statistikaya görə, Bakı Azərbaycanın ən kriminal bölgəsi hesab edilir.

Belə ki, Bakıda il ərzində 11704 cinayət hadisəsi qeydə alınıb. İkinci yerdə isə Abşeron rayonudur. Həmin bölgədə hüquq-mühafizə orqanları 1650 hadisə qeydə alıblar.

Statistikaya görə, kriminal hadisələrin çox olduğu üçüncü bölgə Xızı rayonu dayanır. Orada 1181 cinayət hadisəsi qeydə alınıb.

Dördüncü yerdə isə Astara və Biləsuvar rayonlarıdır. Həmin bölgələrdə 674 və 616 kriminal hadisə qeydə alınıb.

Kriminal hadisələrin ən çox baş verdiyi 5-ci yer isə Lənkəran rayonudur. Burada 531 cinayət hadisəsi baş verib.

Statistikaya görə, Azərbaycanda ən təhlükəsiz bölgə Naxçıvan Muxtar Respublikasıdır. Qeyd edək ki, 2020-ci ilin statistikası hazır olmadığı üçün rəqəmlər 2019-cu ilə aiddir. \\Demokrat
Tarix: 14 yanvar 2021
Baxış: 293

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş