Redaktor seçimi
    Ermənilər Rusiyaya qaçmağa HAZIRLAŞIRLAR
Xəbər lenti
Reklam
Nune Manukyan: "Qarabağda kinofestival keçirəcək"
 
“Tanınmış şərtlər üzündən bu il festival onlayn keçirilir, lakin başa çatdıqdan sonra ən yaxşı filmlərin nümayişi ilə “Artsax”ı (Qarabağı-red) ziyarət etməyi planlaşdırırıq. Mütləq ora gedəcəyik, uşaqlarla birbaşa əlaqə qurmaq üçün əlimizdən gələni edəcəyik. On illərdir “Artsax” uşaqları ilə bu cür birbaşa görüşlərimiz olub və bu il də belə olacaq”.
Bu barədə Ermənistanın “Rolan Bıkov” Fondunun prezidenti Nune Manukyan məlumat verib.
Məlumatda daha sonra deyilir: “XVI Beynəlxalq Uşaq və Gənclər Kinosu “Roland” Film Festivalı yanvarın 11-də onlayn başlayacaq və 20 yanvaradək davam edəcək. Festivalda onlayn film premyeraları, xüsusi nümayişlər, veb seminarlar, sərgi və yarışmalar keçiriləcəkdir. 29 ölkədən 180 film üçün müraciət gəlib. Onlardan 15 ölkədən 62 film festival proqramına daxil edilib. Onlardan 46-sı isə nümayiş olunacaq”. \\KONKRET
Tarix: 09 yanvar 2021
Baxış: 120

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]