Xəbər lenti
Reklam
Bakıda 6 avtobus qəzaları: 2 ölü/Siyahı
Son 5 gün ərzində paytaxt Bakının yollarında 6 avtobus qəzası baş verib.
Sözügedən qəzaların siyahısını təqdim edirik:
Martın 31-i saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daevo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Həmin gün ölümlə nəticələnən daha bir yol nəqliyyat hadisəsi isə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini M.Həsənov 585 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən Saatlı rayon sakini Nail Sadıqovu vurub, piyada həyatını itirib.
Aprelin 2-si saat 07:30 radələrində 10 TG 992 dövlət nömrə nişanlı 62 saylı sərnişin avtobusu Tusi küçəsində mağazaya çırpılıb.
Elə həmin gün Bakının Yasamal rayonunda 39 nömrəli marşrut avtobusu “Bakı Bus”a məxsus 2 nömrəli avtobusa çırpılıb.
Bu gün Bakının Suraxanı rayonunda - Günəşli qəsəbəsi ərazisində minik maşını 50 nömrəli sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində ölən olmayıb.
Bir neçə saat öncə isə “Bakı Bus” avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus “Toyota Prado” markalı 040 D 001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. \\Axar.az
 
Tarix: 04 aprel 2019
Baxış: 454

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş