Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub – FOTO

 

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən “40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gender.az-a verilən məlumata görə, məlumat daxil olan kimi, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb. Baxış zamanı kafedə 8 nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb.

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.






 
Tarix: 06 avqust 2020
Baxış: 366

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş