Xəbər lenti
Reklam
Erməni hakerlər AMVPRESS.AZ-a HÜCUM ETDİLƏR
 

Erməni hakerlər tərəfindən AMVPRESS.AZ informasiya portalına hücum olub.
AMVPRESS.AZ informasiya portalına hücum dünən gecə saatlarında erməni hakerlər tərəfindən həyata keçirilib. Belə ki, saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını, videolarını və "Armenia” sözlərini yerləşdiriblər. Hücum nəticəsində saytda yayımlanan son xəbərlərin hamısı silinib.
İnformasiya portalına edilən hücumun əsas səbəbi manşetdə yayımlanmış "Polad Həşimov - Göz yaşlarımla söhbət... Rövşən Nəcəfov (TARİXİ HEKAYƏ)" yazısına görə olub.
AMVPRESS.AZ informasiya portalının baş redaktoru Elşən Gəncəvi açıqlamasında qeyd edib ki, AMVPRESS.AZ informasiya portalı erməni hakerlərin hücumuna məruz qalıb: "AMVPRESS.AZ informasiya portalına erməni hakerlər tərəfindən hücub olub. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Unutmamalıyıq ki, düşmənlə müharibə yalnız səngərdə getmir, biz həm də informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə yayılan yalan məlumatlara, informasiyalara qarşı diqqətli olmalıyıq. Həmkarlarımla informasiya müharibəsində qələmlərimizi yerə qoymamalıyıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik". \\Sfera
 
Tarix: 31 iyul 2020
Baxış: 319

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş