Xəbər lenti
Reklam
İki polis Qarabağda bir güllədən necə ölüb? - Kriminalist

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları - Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadənin xidməti silahdan ehtiyatsız davranılması nəticəsində açılan 1 atəşdən həlak olmaları ciddi müzakirələrə səbəb olub. Silahla necə ehtiyatsız davranıblar ki, bir güllə nəticəsində iki polis həlak olub?
Mövzu ilə bağlı Axar.Az-a danışan kriminalist Şəmistan Əliyev bildirib ki, nəzəri baxımdan, beynəlxaq təcrübəyə əsaslanıb, bunun mümkün olduğunu deyə bilər.
“Əvvəlcə bilmək lazımdır ki, hadisə hansı silahdan və güllədən olub? İstintaqa müdaxilə edə bilmərik, bu barədə hazırda ancaq ehtimal etmək olar. Faktla bağlı dəqiqliklə məlumat olmadığı üçün də bir şey demək olmur. Beynəlxaq təcrübəyə əsalaslanıb, bunun mümkün olduğunu deyə bilərəm. Açılan güllə həmin şəxsin şah damarına dəyib, yanındakının ürəyinə girə bilir. Nadir hallarda ola biləcək hadisədir, amma dediyimiz kimi, ola bilər” - o bildirib.
Kriminalist Teymur Baloğlanov da belə halların praktikada baş verdiyini deyib:
“Bir güllə ilə beş adam da ölə bilər. Məlum hadisənin şahidi deyilik, amma söhbət ehtimallardan gedirsə, əlbəttə, mümkün ola biləcək hadisədir. Hələlik mətbuatdan oxumaqla hadisəyə dəqiq fikir bildirmək olmur. Bəlkə silah təmizlənəndə olub, bəlkə də başqa cür. Hər şeyin dəqiqini istintaqın nəticəsi deyəcək”.
Qeyd edək ki, martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Tarix: 13 mart 2024
Baxış: 82

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş