Xəbər lenti
Reklam
Qızına işgəncə verən ata həbs edildi - MƏHKƏMƏ QƏRARI

Övladına fiziki şiddət göstərən ata həbs edilib.
Həbs qərarı Xəzər rayon məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən iclasda çıxarılıb.
Məhkəmənin qərarı ilə Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb. İstintaqı Xəzər rayon polis şöbəsinin təcrübəli müstəntiqi Azər Məmmədzadə aparır.
Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döydüyü, daha sonra isə qızını döyərkən ananın bu zorakılığı telefonla çəkməsi iddia edilir. \\Bakupost.az

Tarix: 20 fevral 2024
Baxış: 95

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş