Xəbər lenti
Reklam
Məntəqə sədri iş başında qəfil vəfat etdi

Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.
Gender.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Əsgərova Kəmalə Məmməd qızının vəziyyəti qəfil pisləşib.
O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, vəfat edib.
İlkin məlumata görə, 63 yaşlı sədr ürəktutmadan vəfat edib.
Yaxınları bildirib ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.

Tarix: 07 fevral 2024
Baxış: 78

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş