Xəbər lenti
Reklam
Azərbaycanda vəzifəli şəxsin qardaşı FACİƏVİ şəkildə öldü

Lənkəranda icra nümayəndəsinin qardaşının meyiti tapılıb.
Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində aşkar edilib.
Tapılan meyit aidiyyəti üzrə təhvil verilib. 
Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb. 
Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır. \\APA


Tarix: 02 fevral 2024
Baxış: 101

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş