Xəbər lenti
Reklam
İrəvanda Leninqrad abidəsini təhqir edənlə bağlı qərar

İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyana qarşı qətimkan tədbiri seçilib.
Gender.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edilib ki, onun ölkədən çıxışına qadağa qoyulub.
Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb.

Tarix: 02 fevral 2024
Baxış: 96

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş