Xəbər lenti
Reklam
Qız futbolçu ilə cinsi əlaqə zamanı öldü

Braziliyada 19 yaşlı qız futbolçu ilə cinsi əlaqədə olduqdan sonra ölüb. Qızın vajinasında ağır qanaxma olub.
Gender.az lent.az-a istinadla bildirir ki, Livia Qabriele da Silva Matos tibb bacısı təhsili alıb və San-Pauludan olan “Korintians” futbol klubunun azarkeşi olub. 18 yaşlı Dimas Kandido klubun gənclər komandasında çıxış edib. Onlar sosial şəbəkələrdə danışıblar və yanvarın 30-da görüşmək qərarına gəliblər.
Görüş zamanı onlar cinsi əlaqədə olublar. Bu zaman faciə baş verib. Qız huşunu itirəndən sonra oğlan gecə təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri qıza süni nəfəs veriblər. Bir neçə dəfə onun ürəyi dayanıb. Qız təcili yardım otağına gətirildikdən qısa müddət sonra ölüb.
Qızın əlaqə zamanı ağır yaralandığı və çoxlu qan itkisindən dünyasını dəyişdiyi bildirilir. Futbolçu spirtli içki və narkotik qəbul etmədiklərini, mənzildə tək olduqlarını bildirib. Polis insidentlə bağlı araşdırma aparır və futbol klubu da rəsmi qurumlarla əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Tarix: 02 fevral 2024
Baxış: 105

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş