Xəbər lenti
Reklam
Azərbaycanlı biznesmenin idmançı oğlu 3 nəfəri döydü
Qədim döyüş sənəti - pankration üzrə Moskvanın beşqat çempionu Zöhrab Qələndərov paytaxtın Marino rayonunda üç nəfəri döyüb, lakin iş adamı atası ona məsuliyyətdən yayınmağa kömək edir.
19 yaşlı idmançı Myaçkovski bulvarındakı barda həmyaşıdlarını təhqir etməyə başlayıb. Şifahi mübahisə davaya çevrilib. Qələndərov gənclərdən birini arxadan vurub və huşunu itirərək yıxılanda başı asfalta dəyib.
Sonradan həkimlər ona qanaxma ilə açıq kəllə-beyin travması diaqnozu qoyublar. Çempion ikincinin iki dişini sındırıb və üçüncünün başına güclü zərbə endirib.
Bildirilir ki, iş polisə qədər gedib çıxanda idmançının atası, azərbaycanlı əsilli iş adamı Akif  Qələndərov hadisə ilə bağlı yazılan xəbəri daha yumşaq yazıya dəyişməyə nail olub. Zöhrabın vəkili zərərçəkənə 45 min rubl (450 dollardan çox) təklif etsə də, lakin zərərçəkmiş buna razılaşmayıb və ədaləti bərpa etmək niyyətindədir. \\Lent.az

Tarix: 08 sentyabr 2023
Baxış: 148

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş