Redaktor seçimi
    “Məhkəmə - hüquq sistemi”ndə İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ HAQQINDA
“Məişət zorakılığı və erkən nikah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihənin sonuncu mərhələsi yekunlaşdı
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə həyata keçirilən “Məişət zorakılığı və erkən nikah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihənin sonuncu mərhələsi artıq yekunlaşmışdır. Layihəyə 01 avqust 2019-cu ildə start verilmişdir.
Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarını əhatə edən layihənin nümayəndələri üçün 10 gün ərzində təlimlər keçirilmiş, stasionar və səyyari xidmətlər göstərilmişdir. Layihə üzrə nəzərdə tutulan məişət zorakılığına və erkən nikaha məruz qalmış uşaqların və qadınların psixo-sosial, hüquqi reabilitasiya işləri həyata keçirilmiş və risk qrupu ilə bağlı elektron məlumatlar bazası yaradılmışdır. Hazırda layihə üzrə monitorinq və qiymətləndirmə işləri yekunlaşmış, layihə üzrə həyata keçirilən işlər və əldə olunan nəticələr üzrə maaliyyə və təsviri hesabatlar hazırlanmaqdadır.
Layihə üzrə keçirilən təlimlərə ümumilikdə 300 nəfər , psixo-sosial və hüquqi reabilitasiya xidmətlərinə isə 50 nəfər cəlb olunmuşdur. Qeyd edək ki, layihənin məqsədi sosial sahədə çalışan mütəxəssislərin bilik və bacarığını artıraraq, məişət zorakılığına və erkən nikaha məruz qalmış qadın və uşaqlara davamlı xidmətlər göstərərək cəmiyyətə inteqrasiya etməkdir.

“Məişət zorakılığı və erkən nikah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihənin sonuncu mərhələsi  yekunlaşdı“Məişət zorakılığı və erkən nikah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihənin sonuncu mərhələsi  yekunlaşdı






















































Gender.azшаблоны для dle 11.2
Baxış: 7048

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender