Xəbər lenti
Reklam
Hollivudun məşhur aktyorunun oğlu ad günündə acları doydurdu - FOTO/VİDEO
 

Hollivudun məşhur aktyoru Uil Smitin populyarlıqda özündən geri qalmayan oğlu Ceyden Smit ad günündə etdiyi xeyirxah addımı ilə medianın gündəminə düşüb.

21 yaşını qeyd edən kiçik Smit yardıma ehtiyacı olan insanlara sürpriz edib.

O, Los-Ancelesdə evsiz, küçədə yaşayan insanlar üçün furqon-kafe açaraq, onların qarınlarını doydurub. Bu kafenin digərlərindən fərqi verilən yeməklərin veqan mətbəxinə aid olmasıdır.

Ceyden 12,5 milyonluq şəxsi “İnstagram” hesabında açdığı furqon-kafenin fonunda foto və video çəkdirərək, izləyiciləri ilə bölüşüb.

Kiçik Smitin paylaşımında səfil həyat tərzi sürən bir sıra insanların kafeyə yaxınlaşaraq yemək götürməkləri əks olunub. Ceyden təkərli restoranını “Mən Səni Sevirəm” adlandırıb.

O, öz ideyasını bu cür şərh edib : “İnsanlara yalnız onların layiq olduqları şeyləri vermək istərdim – sağlam, veqan yeməklər". Ceydenin sözlərinə görə, o, evsizlərin mənşəyi məlum olmayan yeməklərlə qidalandığını görərək buna baxa bilmədiyi üçün bu xeyriyyə kafesini yaratmaq qərarına gəlib.

Qeyd edək ki, dünya şöhrətli aktyorun oğlu artıq uzun zamandır ki, ət və ət yeməklərindən imtina edərək yalnız veqan qidaları qəbul edir. \\Oxu.Az





Tarix: 09 iyul 2019
Baxış: 41485

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş