Xəbər lenti
Reklam
TUMİB Bakı şəhərində Türkiyədə təhsil almış azərbaycanlı alimlərin Formunu KEÇİRƏCƏK
 
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumunun keçirilməsi” adlı layihənin icrasına başlayır.
Layihənin məqsədi Azərbaycanın yenidən müstəqilliyini bərpasından sonra günümüzə kimi, Türkiyə Universitetlərindən məzun olan Azərbaycan vətəndaşlarının Bakı şəhərində Forum çərçivəsində bir araya gətirmək və panellər vasitəsi ilə Türkiyə təhsilli alimlərin Azərbaycanın təhsil və elm sahəsindəki rolunu, Azərbaycanın inkişafında Türkiyə təhsilli alimlərin yeri və bu istiqamətlərdə gələcək hədəflərini müzakirə etməkdir.
Forumda ölkənin elm və təhsil nümayəndələri, Türkiyə ilə yanaşı digər xarici ölkələrdə təhsil almış məzunlar iştirak edəcəklər. Ayrıca Forumda Türkiyədən dəvət olunan qonaqlar, QHT nümayəndələri, KİV təmsilçiləri və başqalarının iştirakı gözlənilir.
Gender.az
Tarix: 27 iyun 2019
Baxış: 25633

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş